Masallıda “Sosial xidmət sahəsində bizim vəzifələrimiz” mövzusunda görüş
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-ci il tarixli, 4059 nörməli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində idarə, müəssisə və təşkilat, o cümlədən qeyri hökumət təşkilatlarının rəhbərləri, ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə “Sosial xidmət sahəsində bizim vəzifələrimiz” mövzusunda görüş keçirilib.
Görüşdə “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planı”nın 8.1.1, 8.2.1, 8.3.1, 8.3.2, 8.4.1, 8.4.2, 8.4.3, 8.4.5, 8.4.6, 8.4.7, 8.5.2, 8.6.1 və 8.6.2-ci tapşırıqlarının icrası çərçivəsində aidiyyəti qurumların rəhbərləri ilə ətraflı müzakirələr aparılmışdır.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov Dövlət Proqramı haqqında geniş məlumat verərək bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Republikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 2023-cü il tarixli 801s nömrəli Sərəncamının 12-ci hissəsinin icrası ilə bağlı “Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin əsas və digər icraçıları olan orqanların və ya qurumların nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb. Yeni yaradılan İşçi qrupunun 05.12.2023-cü il tarixdə “ZOOM” platforması üzərindən onlayn görüşü keçirilib. Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələləri şöbəsinin müdir müavini, işçi qrupunun üzvü Abbas Abbaszadə sözügedən görüşdə iştirak edib. Görüşdə çıxış edən Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev “Tədbirlər Planı”nında nəzərdə tutulmuş məsələləri görüş iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra isə “Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında müzakirələr aparılmışdır.
Çıxışına davam edən A.Məhərrəmov bildirmişdir ki, 25.12.2023-cü il tarixdə Rayon İcra Hakimiyyətində RİHBA-nın YYÇİ və HM, rayon Ağsaqqallar Şurası, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı, Rayon Təhsil Sektoru, Rayon Polis Şöbəsi, Masallı 1 saylı Mediasiya Təşkilatı, Gənclər və İdman sektoru, Gənclər evi SXM, Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara Regional filialı və Rayon Mərkəzi Xəstəxanasının nümayəndələri ilə birlikdə sosial xidmət sisteminin mövcud vəziyyəti, sosial xidmət müəssisələrinin fəaliyyətinin təşkili və maddi-texniki bazasının təkmilləşdirilməsi, uşaqların alternativ qayğı xidmətləri ilə əhatə olunması imkanlarının genişləndirilməsi, sosial xidmətlərin təşkilində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın davam etdirilməsi, sosial xidmət sahəsində dövlət–özəl tərəfdaşlığının genişləndirilməsi, sosial xidmət sistemində insan resurslarının inkişafı və təminatı, mediasiya hesabına həll edilən ailədaxili mübahisələrin xüsusi çəkisinin illər üzrə müsbət dinamikasına nail olunması, əhalinin mövcud sosial xidmətlər haqqında məlumatlılığının artırılması istiqamətində görülmüş işlər, həyata keçirilən layihələr haqqında görüş keçirilmiş və geniş söhbət aparılmışdır.
A.Məhərrəmov eyni zamanda onu da qeyd etmişdir ki, dinamik inkişaf templərinə malik olan ölkəmiz ehtiyacı olan vətəndaşlara sosial xidmətlərin göstərilməsini daha da keyfiyyətli və əlçatan səviyyəyə çatdırmağı hədəfləyir. Təsdiqlənən Dövlət Proqramı da məhz bu məqsədi güdür. Respublikamızın geniş imkanları nəzərə alınmaqla hazırlanan Dövlət Proqramı ölkədə sosial xidmətlər sistemində yeni inkişaf mərhələsinə keçidi surətləndirəcəkdir. 2026-cı ilin sonunadək hamı üçün bərabər iştirak imkanını təmin edən sosial xidmətlər sisteminin və bu sahədə ixtisaslı kadr potensialının formalaşması, sosial xidmətlərin əhatəsinin genişlənməsi, ünvanlılığının və keyfiyyətli xidmətlərə əlçatanlığın təmin edilməsi, əhalinin göstərilən xidmətlərdən məmnunluq səviyyəsinin artması yeni Dövlət Proqramının əsas hədəf göstəriciləridir. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində 2026-cı ilin sonunadək sosial xidmət sistemi ilə bağlı qanunvericilik bazasının təkmilləşəcəyi, həssas əhali qruplarına göstərilən xidmətlərin kəmiyyət və keyfiyyətinin artacağı gözlənilir. Bu da öz növbəsində sosial xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcəkdir.
Görüş qarşılıqlı diskussiya şəklində davam edib, yekun hesabatın hazırlanması və təqdim edilməsi barədə müzakirə aparılmışdır.