Masallıda “Sosial xidmətlərin inkişafı” mövzusunda görüş
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-ci il tarixli, 4059 nörməli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində bir qrup idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə “Sosial xidmətlərin inkişafı” mövzusunda görüş keçirilib.
Görüşdə “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirakı etmişlər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Niyazi Bağırov Dövlət Proqramı haqqında geniş məlumat verərək Dövlət Proqramının həyata keçirilməsinin hədəf göstəriciləri, məqsədləri, prioritet istiqamətləri, müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması haqqında geniş məlumat verib.
Daha sonra Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Baş məsləhətçisi Nuranə Muradova Sosial xidmət sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və sosial xidmət göstərilməsinə nəzarət mexanizminin müəyyən edilməsi, Sosial xidmət sahəsində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) arasında əlaqələrin genişləndirilməsi barədə məlumat verib.
Mövzu ətrafında RİHBA-nın YYÇİ və HM üzrə məsləhətçi psixoloqu Aybəniz Novruzova, rayon Ağsaqqallar Şurasının üzvü Fəxrəddin Talıbov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Masallı rayon komitəsinin sədri Səfail Eyvazov, Rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Hörmət Balakişiyev, RPŞ-nin polis kapitanı Samid Əliyev, Masallı 1 saylı Mediasiya Təşkilatının mediatoru Nizami Alışov, Gənclər və İdman sektorunun direktoru Sabiq Cahangirov, Gənclər evi SXM-nin direktoru Fuad Mənsimov, Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara Regional filialının baş mütəxəssisi İntiqam Bağırov, Poliklinikanın şöbə müdiri Xəqani Şahmarov çıxış edərək sosial xidmət sisteminin mövcud vəziyyəti, sosial xidmət müəssisələrinin fəaliyyətinin təşkili və maddi-texniki bazasının təkmilləşdirilməsi, uşaqların alternativ qayğı xidmətləri ilə əhatə olunması imkanlarının genişləndirilməsi, sosial xidmətlərin təşkilində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın davam etdirilməsi, sosial xidmət sahəsində dövlət–özəl tərəfdaşlığının genişləndirilməsi, sosial xidmət sistemində insan resurslarının inkişafı və təminatı, mediasiya hesabına həll edilən ailədaxili mübahisələrin xüsusi çəkisinin illər üzrə müsbət dinamikasına nail olunması, əhalinin mövcud sosial xidmətlər haqqında məlumatlılığının artırılması istiqamətində görülmüş işlər, həyata keçirilən layihələr haqqında geniş söhbət açılmışdır.
Tədbir qarşılıqlı diskussiya şəklində davam edib, müvafiq normativ hüquqi aktların layihələrinin müvafiq dövlət orqanları (qurumları) ilə razılaşdırılması, təsdiq edilməsi üçün aidiyyəti üzrə təqdim olunması, sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarət mexanizmini müəyyən edən normativ hüquqi aktın təsdiq edilməsi üçün aidiyyəti üzrə təqdim olunması, yekun hesabatın hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi barədə müzakirə aparılmışdır.