Masallıda sosial xidmətlərlə bağlı əhalinin maarifləndirilməsi
24 noyabr 2025-ci il tarixdə Masallı rayonu ərazisində sosial xidmətlərlə bağlı əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi dair hazırlanmış maarifləndirici materiallar paylanılmış və söhbətlər aparılmışdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 28 avqust 2023-cü il tarixdə “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 4059 nömrəli Sərəncam imzalamışdır. Həmin Strategiyanın 8.4.3-cü (Azərbaycan Respublikasının bütün regionlarında əhaliyə buklet və yaddaş kitabçalarının paylanılması) bəndinin icrası ilə bağlı 24 noyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi dair hazırlanmış maarifləndirici materiallar paylanılmış və maarifləndirici söhbətlər aparılmışdır.






