Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda stolüstü tennis turniri

18 yanvar 2023 | 12:22

Masallıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş stolüstü tennis turniri keçirilib

Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilmiş stolüstü tennis idman növü üzrə məktəblilər (oğlan və qızlar) arasında turnir keçirilib.

Xırmandalı kənd tam orta məktəbinin idman zalında təşkil olunan yarışlar öncəsi 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb, şagirdlər faciə qurbanlarına həsr edilmiş şeirlər səsləndiriblər.

80-ə yaxın məktəbli idmançının qatıldığı turnir maraqlı və gərgin mübarizə şəraitində davam edib.

Turnirin yekun nəticələrinə əsasən qalib və fərqlənən idmançılar təşkilat komitəsinin diplomları ilə mükafatlandırılıb.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd 20 Yanvar şəhidlərinin əziz xatirəsinin yad edilməsi, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, onların stolüstü tennis idman növünə marağının artırılmasıdır.

Keçidlər