Masallıda sudan səmərəli istifadə və qanunamüvafiq qaydada balıq saxlanılması ilə əlaqədar sənədləşmə işlərinin aparılmasına dair müşavirə
06 aprel 2023 | 18:18
06 aprel 2023-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında “Təsərrüfat suyundan səmərəli istifadə və qanunamüvafiq qaydada balıq saxlanılması ilə əlaqədar sənədləşmə işlərinin aparılması”na dair müşavirə keçirilmişdir.
Müşavirəni giriş sözü ilə açan Masallı Rayon Icra Hakimiyyətinin Başçısı Araz Əhmədov Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və balıq saxlanılması ilə əlaqədar sənədləşmə işlərinin aparılması barədə məlumat verdi.
Sonra müşavirədə məruzə ilə çıxış edən Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov təsərrüfat suyundan səmərəli istifadənin faydaları, qanunsuz balıqçılıq təsərrüfatlarının müəyyən mövsümlərdə müxtəlif təhlükələrə yol açmasından bəhs etmişdir.
Müşavirədə Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad ərazi şöbəsinin torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun baş məsləhətçi-müfəttişi Eynəli Məmmədov, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Maarifləndirmə sektorunun müdiri Zaur Hüseynov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi Mirkamil Həsənzadə, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev və Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin böyük məsləhətçisi Tamerlan Məmmədov çıxış etmişdir.
Müşavirənin sonunda rayon ərazisində balıqçılıqla məşğul olanların sualları cavablandırılmışdır.