Masallıda "Şuşanın keçmişi, bu günü və gələcəyi" mövzusunda tədbir
Masallı Ağsaqqallar klubunda rayon ağsaqqallar və MƏSQ veteranlar şurasının birgə tədbirlər planına uyğun olaraq Şuşanın 270 illiyinə həsr olunmuş "Şuşanın keçmişi,bu günü və gələcəyi" mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev açmışdır.
İlk öncə Vətən şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Şuranın sədri Ələşrəf Niftiyev "Şuşanın dünəni,bu günü, sabahı" mövzusunda məruzə ilə çıxış etmişdir.
Bu yaxınlarda Şuşadan qayıtmış RİH yanında İctimai Şuranın sədri Əyyub Mehdiyev Azərbaycanın bu gözəl guşəsi haqqında təəssüratlarını danışmışdır.
Vətən müharibəsi qazisi, torpaqlarımızın azad olunması uğrunda 4 medala layiq görülmüş Cavid Nuri Şuşanı işğaldan azad etmiş igid döyüşçülərimizin qəhrəmanlıqlarından şahid olduğu epizodlarından danışmışdır.
Veteran müəllim Solmaz Rəsulova Şuşa tarixinin bəzi məqamlarına toxunmuş, şair Tahir Hüseynov isə Azərbaycanın bu dilbər guşəsinə həsr etdiyi şeirini oxumuşdur.
Sonra əslən Şuşadan olan Masallı şəhər 4 nömrəli məktəbin hərbi müəllimi Rafiq Abbasovun rəhbərliyi altında şagirdlərin ifasında Şuşaya həsr olunan musiqili ədəbi-bədii kompozisiya səslənmişdir.
Tədbirin sonunda fərqlənənlərə təşəkkürnamə, "Xarı Bülbül" xatirə nişanları və kitab hədiyyələri verilmişdir.