Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Taekvondo üzrə rayon birinciliyi

03 iyun 2022 | 10:40

Masallıda Taekvondo idman növü üzrə rayon birinciliyi keçirilib.

         01-02 iyun 2022-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və  Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının  birgə təşkilatçılığı ilə Masallı Taekvondo Mərkəzində 15 iyun- Milli Qurtuluş gününə həsr olunmuş azyaşlı uşaqlar ,uşaqlar, və  yeniyetmələr (oğlan və qızlar) arasında taekvondo idman növü üzrə rayon birinciliyi keçirilib.

      Tədbirin mükafatlandırılma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının  sədri Seyfəddin Əliyev çıxış edərək yarışda qələbə qazanan idmançıları təbrik edərək , onlara  gələcək yarışlarda hər zaman qələbə qazanaraq Azərbaycan Respublikasının üçrəngli bayrağını uca zirvələrdə dalğalandırmağı arzuladılar.  

        İki gün davam edən yarışda 15 çəki dərəcəsində 73 nəfərə yaxın idmançı iştrak edərək öz qüvvələrini sınayaraq birincilik uğrunda mübarizə aparmışlar.

       Birincilikdə qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi  və YAP Masallı rayon təşkilatı tərəfindən diplom və medallarla təltif olunublar.

Keçidlər