Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Tarixi-dini abidələrlə zəngin Füzulimiz sənə qayıtdıq” mövzusunda tədbir

18 oktyabr 2024 | 15:47

Masallı rayon İcra  Hakimiyyəti,  Lənkəran -Astara Regional Mədəniyyət İdarəsi, Masallı  rayon Heydər Əliyev Mərkəzi, Masallı Tarix-Diyarşünaslıq Muzeyi,  Masallı  Mərkəzi Kitabxana Sektoru və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə  “Tarixi-dini abidələrlə zəngin Füzulimiz sənə qayıtdıq” mövzusunda tədbir keçirildi.

Masallı Dövlət Kollecində “Füzuli Şəhəri günü” ilə əlaqədar keçirilən tədbirdə təşkilatçı müəssisənin nümayəndələri, Qarabağ müharibəsi iştirakçıları, veteranlar, qazilər, mədəniyyət işçiləri, kollecin müəllim və tələbələri iştirak etdilər.

Ilk öncə şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edildi.

Tədbirdə çıxış edənlər 5 yanvar 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində ilk qazanılan qələbədə  22 yaşayış məntəqəsi işğaldan azad olunmuş  Füzulinin 27 il sonra  Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin 21-ci günündə  Füzuli şəhəri və  62 yaşayış məntəqəsinin işğaldan azad edilməsindən geniş danışmış oldular. Onlar qeyd etdilər ki, Füzuli əməliyyatı Azərbaycanın İkinci Qarabağ döyüşlərində  cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biridir. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində Füzuli ərazisində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə vurduqları  ziyan,  bu ərazilərin azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayon olması barədə qeydlər edən  nümayəndələr qürur və iftixarımız olan Zəfər tarixi sayəsində Qarabağın hava qapısı adlandırılan Füzulinin yenidən qurulub, dirçəlib, yeni həyata qayıtmasından  da danışdılar.

Yekunda Füzuli döyüşlərində iştirak edən bir qrup veteran və qazi  göstərdikləri igidliklərə görə təşkilatçılar tərəfindən Fəxri Fərmanla təltif olundular.

Keçidlər