Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Tarixi irsdən Müstəqil Dövlətçiliyə: Azərbaycan Konstitusiyasının rolu" mövzusunda tədbir

27 noyabr 2025 | 15:48

Masallı Rayon İcra Hakimiyyəti, Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzi Kitabxana Sistemi və Masallı 1 saylı Mediasıya  Təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində "Tarixi irsdən  Müstəqil Dövlətçiliyə: Azərbaycan Konstitusiyasının rolu" mövzusunda tədbir keçirilib.

            Tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, mədəniyyət işçiləri və gənclər iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

            Tədbiri açıq elan edən muzeyin direktoru Əntiqə Tağıyeva tədbir barədə ətraflı məlumat verdi.

            Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Uşaq hüuqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi  Zamin Məmmədov, Masallı 1 saylı Mediasıya Təşkilatının direktoru Xanhüseyn Səmədov və Masallı Mərkəzi Kitabxana Sisteminin baş biblioqrafı Günay Xəlilova Azərbaycan Konstitusiyasının dövlətçilik ənənələrinin möhkəmlənməsindəki əhəmiyyətindən, ölkədə insan hüquq və azadlıqlarının qorunmasında oynadığı roldan danışıblar.

Çıxışçılar vurğulayıblar ki, Konstitusiya müstəqil dövlətimizin başlıca hüquqi-siyasi dayağı olmaqla yanaşı, cəmiyyətin inkişaf istiqamətlərini müəyyən edən fundamental sənəddir.

Keçidlər