Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Tarixlərə yazılan şəxsiyyət” adlı tədbir

29 avqust 2023 | 18:04
Sosial Xidmətlər Agentliyi Masallıda “Tarixlərə yazılan şəxsiyyət” adlı tədbir keçirib 
 
29 avqust 2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialı tərəfindən Masallı rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Tarixlərə yazılan şəxsiyyət” adlı tədbir keçirilib.
Əvvəlcə Ümummilli Liderin adına daşıyan parkda Ulu Öndərin abidəsi ziyarət edilib.
Sonra Heydər Əliyev Mərkəzinin foyesində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto-sərgiyə baxış keçirilib.
Mərkəzin akt zalında davam edən tədbir öncəsi Dövlət himnimiz səslənib, Ümummilli Liderin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 
Ulu Öndərin ömür yolundan bəhs edən videoçarxın nümayişindən sonra Sosial Xidmət Agentliyinin əməkdaşı çıxışçılara söz verib.
“Yeni həyat” ictimai-siyasi qəzetinin əməkdaşı Akif Ağayev xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının müdiri Ramin Hüccətovun, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılovun, “Tərəqqi” medallı Əməkdar müəllim Qardaş Fətullayevin, Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyevin, SXA-nın Lənkəran-Astara regional filialı tərəfindən evdə sosial-məişət xidməti göstərilən tənha ahıl Əsəd Sadıqovun çıxışlarında görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ilinin tamam olduğu və Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyi önə çəkilib. 
Çıxışlarda ölkəmizin əldə etdiyi bütün nailiyyətlərin təməlində Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində müəyyənləşdirilən hərtərəfli inkişaf strategiyasının dayandığı vurğulanıb: “Dahi liderin qurduğu ordu yenilməzlik statusunda Prezident İlham Əliyevin sərkərdəliyi altında torpaqlarımız işğaldan zəfər yürüşü ilə azad edildi. 
Ümummilli Liderin böyük dövlətçilik təcrübəsində sosial məsələlər daim əhəmiyyətli yer tutub. Bu gün ölkəmizdə həyata keçirilən, Möhtərəm Prezidentimizin uğurla reallaşdırdığı siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları öndə dayanır. 
Xalqımız böyük oğlu Heydər Əliyevin xatirəsini həmişə uca tutur və onu minnətdarlıqla xatırlayır...”
Keçidlər