Masallıda tədbir: Tofiq Kazımov-100
Masallı rayon Mərkəzi Kitabxanasında tanınmış Azərbaycan rejissoru Tofiq Kazımovun anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova qeyd edib ki, yanvar ayının 14-də milli teatr tariximizdə özünəməxsus yeri olan görkəmli rejissor, Xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Kazımovun anadan olmasının 100 ili tamam olur. Tofiq Kazımovun tükənməz yaradıcılıq enerjisi nəticəsində Azərbaycan milli teatr prosesində yeni üslub yaranmışdır. Mərhum rejissorun yaradıcılığı milli teatr prosesinin mühüm mərhələsini təşkil etməklə milli rejissuranın inkişaf səmtlərini müəyyənləşdirirdi.
Sonra kitabxananın digər əməkdaşı Günay Xəlilova vurğulayıb ki, Azərbaycanda lirik- psixoloji teatr məktəbinin yaradıcısı Tofiq Kazımov ali rejissorluq təhsilini Moskvada almışdı.Sağlam yeniliik və müasirlik ruhuna malik olan Tofiq Kazımovun Akademik Milli Dram Teatrında baş rejissor kimi səhnələşdirdiyi “Sən həmişə mənimləsən”,”Yalan”, “Ölülər”, “Sənsiz”, “Hamlet” kimi dolğun tamaşalar Aərbaycan səhnəsini rövnəqləndirib.Tofiq Kazımov yaradıcılığı dövründə bir neçə tetarda vıə kinostudiyada fəaliyyət göstərib.Tofiq Kazımov uzun illər teatr institutunda aktyor və rejissor sənətindən dərs deyib. ”Çağırış, ”İşıqlı yollarda”, “Şəfəq”,”Qoçaq Polad” və digər pyeslərin müəllifidir. Mətbuatda teatr sənətinə aid resenziya və məqalələrlə çıxış edib.1980-ci il avqustun 2-də dünyasını dəyişən görkəmli rejissor Fəxri Xiyabanda dəfn edilib.