Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Təmiz Ölkəm” aksiyası

23 sentyabr 2024 | 17:20

Viləşçayın Masallı şəhəri Dadva yaşayış massivi adlanan hissəsində 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Masallı rayonu Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşlarının birgə iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti “Təmiz Ölkəm” aksiyası keçirilmişdir. 15 nəfərin iştirak etdiyi təmizlik aksiyasında ümumilikdə 100 kq-a qədər bərk məişət və plastik tullantılar toplanaraq aidiyyəti üzrə zərərsizləşdirilməsindən ötrü Masallı şəhəri, dadva yaşayış massivi ərazisində yerləşən tullantı poliqonuna daşınması təmin edilmişdir.

Keçidlər