Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Teymur bəy Bayraməlibəyovun büstünün açılışı oldu

24 sentyabr 2022 | 17:31

24 sentyabr 2022-ci il tarixdə Masallı rayon Yeddioymaq kənd 2 nömrəli tam orta məktəbdə, böyük mütəfəkkir, maarifçi, pedaqoq, folklorşünas, tarixçi-etnoqraf, ictimai-siyasi xadim Teymur bəy Bayraməlibəyovun büstünün açılış mərasimi keçirilmişdir.

Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, Milli Məclisin deputatları Anar İsgəndərov, Məşhur Məmmədov, Musa Qasımlı, Fazil Mustafayev, Etibar Əliyev, Razi Nurullayev, “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, nəşriyyat rəhbəri Səməd Bağırov, tanınmış alimlər, yazıçılar, jurnalistlər, iş adamları, məktəblilər, tələbələr, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

İlk öncə mərasim iştirakçıları Masallı şəhər Heyər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini, sonra “Qəhrəmanlar parkı, Şəhidlər abidə kompleksi”ni ziyarət edərək xatirələrini böyük ehtiramla yad edib, önünə tər gül dəstələri düzdülər.

Sonra tədbir iştirakçıları Masallı rayon Yeddioymaq kənd 2 nömrəli tam orta məktəbin qarşısında yığışaraq Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov geniş nitqində qonaqları və tədbir iştirakçılarını salamlayaraq diqqətə çatdırıb ki, bu gün adını daşıdığı 2 nömrəli Yeddioymaq kənd orta məktəbində büstü qoyulan, işğına toplaşdığımız dövrünün böyük ziyalısı, görkəmli maarifçi, etnoqraf-tarixçi, Cümhuriyyət dövrünün böyük mübarizi Teymur bəy Bayraməlibəyov 160 il əvvəl Bakı quberniyasının Lənkəran qəzasının Yeddioymaq kəndində dünyaya göz açıb. Teymur ilk təhsilini Masallı rayonunun Qızılağac və Yeddioymad kəndlərində olan molla məktəblərində alıb. Mollaxanada dini təhsil alan və dünyəvi elmlərlə tanış olan Teymur Lənkəranda ikisinifli rus məktəbinə daxil olur. Gənc Teymur Tiflisdə həm feldşer məktəbini, həm də Qori Müəllimlər Seminariyasında da oxuyur. Seminariyanın ilk üç azərbaycanlı tələbəsindən biri Teymur olub.1911-ci ildə Teymur bəyin pedaqoji fəaliyyətinin 30 illiyi təntənəli şəkildə qeyd olunub. Bu, o dövr üçün böyük hadisə idi. Teymur bəy bir az da irəli gedərək daha bir uğura imza atır. Lənkəranda Ünas (Qızlar) məktəbinin açılmasına nail olur.

Sonra çıxış edən Milli Məclisin deputatları Anar İsgəndərov, Musa Qasımlı,  Fazil Mustafayev, Etibar Əliyev, Razi Nurullayev, Məşhur Məmmədov, “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, Professor Yadulla Ağazadə, «Masallı ziyalılar» İctimai Birliyinin sədri, «Tərəqqi» medallı Qardaş Fətullayev, Azərbaycan Musiqi Akademiyasının Professoru Tamilla Kəngərlinskaya və başqaları tarixçi-etnoqraf, pedaqoq, maaarifçi, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu olduğunu, Bayraməlibəyovlar nəslinin kökü I Şah Abbasın hakimiyyəti illərinə, onların məşhur Şahsevənlar nəslinə mənsub olduğunu və XVI əsrin sonlarında Muğana köçdüyünü qeyd edib, onun mübarizələrlə dolu mənalı bir həyat yaşamış yorulmaz pedaqoq, publisist və ictimai-siyasi xadimin yaradıcılığını əsasən 2 dövrə aid olduğunu bildiriblər. 

 

Keçidlər