Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda təzə ailə quran gənclər Qəhrəmanlar Parkı - Şəhidlər abidə-kompleksini ziyarət ediblər

04 iyul 2022 | 08:05

Masallı şəhərinin mərkəzində şəhidlərimizin xatirəsini əbədiləşdirilməsi məqsədilə yenidən inşa edilmiş Qəhrəmanlar Parkı - Şəhidlər abidə-kompleksi artıq yeni ailə quran gənclərin ziyarət edəcəyi yer kimi tarixə düşüb, bu artıq Masallıda ənənə şəklini alıb.

Əksər Gənclər toy günündə Şəhidlər xiyabanına gələrək, onlara olan hörmət və ehtiramını nümayiş etdirirlər. Bu günlərdə növbəti cütlüyün bura ziyarətinin şaidi olduq.

Masallı rayonunun Güllütəpə kənd sakini, Mürsəl Rəhman oğlu Mürsəlov və Masallı rayonunun Hacıtəpə kənd sakini Mürsəlova Ləman Ziyanur qızı ziyafət məclisindən əvvəl Masallı şəhərində ucaldılmış Qəhrəmanlar Parkı - Şəhidlər abidə-kompleksini ziyarət etməklə başlayıblar.

Gənclər Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik məqamına yüksələn qəhrəman oğullarımızın xatirəsini ehtiramla yad edərək, abidə önünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Mürsəlovların  yeni ailə quran digər gənclər üçün bu nümunəvi addımı Masallı rayon rəhbərliyi və sakinlər tərəfindən rəğbətlə qarşılanıb. 

Mürsəlin atası Rəhman həkim redaksiyamızın əməkdaşı ilə müsahibəsində demişdir:

«Müasir cəmiyyətimizdə gənclər belə tərbiyə olunmalıdır. Çünki, şəhidlər bugünkü xoşbəxtliyimiz üçün canlarını qurban veriblər. Biz onların xatirəsini həmişə yaşatmalıyıq, xoşbəxt günlərimizdə də… Şəhidlər həmişə uca zirvədədirlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin».

Allah təzə ailə quran gəncləri xoşbəxt eləsin.

Keçidlər