Masallıda “Tikiş və toxuculuq” dərnəyini uğurla başa vurmuş gənclərə diplomlar təqdim edilib
06 oktyabr 2022 | 21:59
06 Oktyabr 2022-ci il tarixində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsində fəaliyyət göstərən “Tikiş və toxuculuq” dərnəyini uğurla başa vurmuş gənclərə diplomlar təqdim edilib.
Dərnəyi uğurla bitirən gənclər tikiş və toxuculuq sənətinin sirlərinə yiyələnməsində əməyi keçənlərə minnətdarlıqlarını bildirərək həm bu sənətin inkişafı, həm də özlərinin peşə bacarıq vərdişlərinin artırılması üçün həvəslə çalışacaqlarını söyləmişlər.