Masallıda “Turizm potensialının genişləndirilməsi istiqamətində marketinq və kommunikasiya planı üzrə mövcud imkanlar, problemlər və perspektivlər” barədə görüş
16.01.2024-cü il tarixdə “ZOOM” platforması üzərindən KOBİA-nın təşkilatçılığı və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22.07.2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının 2.3.1.2-ci tapşırığının icrası (Turizm potensialı olan kəndlərdə “turistik kənd” konsepsiyasına uyğun olaraq turizm infrastrukturunun yaradılması) və “Turizm potensialının genişləndirilməsi istiqamətində marketinq və kommunikasiya planı üzrə mövcud imkanlar, problemlər və perspektivlər” barədə görüş keçirilmişdir.
Görüşdə Masallı RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Niyazi Bağırov, KOBİA-nın Lənkəran regional koordinatorluğunun koordinatoru Rahib Cəbiyev, Lənkəran regional koordinatorluğunun Masallı KOB dostu Cavad Əzizov, İqtisadiyyat Nazirliyinin Lənkəran-Astara Regional bölməsinin müdir müavini Elvin Nəhmətli, Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi Qəzənfər Səfərxanlı, Dövlət Turizm Agentliyinin Lənkəran regional bölməsinin rəhbəri İlqar Əzimov, Dövlət Reklam Agentliyinin Lənkəran Regional Reklam İdarəsinin Hüquq, kadr və kargüzarlığın təşkili şöbəsinin müdiri Şahverən Əlizadə, Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran regional bölməsinin nümayəndəsi Şamxal Talıbov, Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Baş dövlət vergi müfəttişi Ruslan Vəkilzadə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdir müavini Namiq Rzayev, Dövlət Məşğulluq Xidmətinin Lənkəran-Astara regional bölməsinin nümayəndəsi Nahid Nağdıyev, Masallı Su kanal sahəsinin rəisi Akif Həmidov, "Azərişıq" ASC-nin nümayəndəsi İnam Yusifov, Lənkəran RQİİ Masallı xidmət sahəsinin rəisi İxtiyar Seyfullayev və 30 sahibkarlıq subyekti iştirak etmişdir.
Görüşdə Lənkəran regional koordinatorluğunun Masallı KOB dostu Cavad Əzizov, Dövlət Turizm Agentliyinin Lənkəran regional bölməsinin rəhbəri İlqar Əzimov, Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi Qəzənfər Səfərxanlı, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdir müavini Namiq Rzayev, Masallı rayonunda fəaliyyət göstərən “Viləş STV” ailəvi istirahət mərkəzinin rəhbəri Vahid Mirzəyev və başqaları çıxış etmişdir.
Görüş sonda sahibkarları maraqlandıran sualların cavablandırılması ilə başa çatmışdır.