Masallıda tütünçülüyün inkişafı yeni mərhələdə
“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidenti 10 avqust 2017-ci il tarixində 3163 nömrəli Sərəncam imzalamışdır.
Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 7.1.5, 7.4.10, 7.5.3 və 7.5.4-cü bəndlərinin icrası ilə bağlı 24.05.2023-cü il tarixdə Masallı DAİM-nin inzibati binasında bələdiyyələr, ərazi nümayəndələri, torpaq mülkiyyətçiləri və fermerlərin iştirakı ilə dəyirmi masa ətrafında maarifləndirici görüş təşkil edilmiş və müzakirələr aparılmışdır. Qızılağac bələdiyyəsi çıxış edərək tütünçülük sahəsində ərazidə aparılan təbliğat və təşviqat işləri və gələcəkdə də bu sahənin inkişafı ilə bağlı görəcəyi işlər barədə məlumat vermişdir. Eyni zamanda Masallı rayonunda tütün qurutma məntəqəsinin açılmasına sahibkar tərəfindən Masallı “Sənaye Məhəlləsi”ndə təşəbbüs göstərilərək kamera yerlərinin betonlanması və anbarın tikintisi həyata keçirilmiş, lakin bu günədək kameralar quraşdırılmamışdır. Sonda fermerləri maraqlandıran suallar aidiyyəti üzrə cavablandırılmışdır.