Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Ulu Öndər Heydər Əliyev-Milli Mənəvi Dəyərlərimiz” mövzusunda tədbir

05 dekabr 2023 | 21:01

05 dekabr 2023-cü il tarixdə Masallı şəhər Gənclər EvindəUlu Öndər Heydər Əliyev-Milli Mənəvi Dəyərlərimiz” mövzusunda rayon ağsaqqalları, ziyalılar, din xadimləri, dini icma sədrlərinin iştirakı ilə tədbir təşkil olunub.

Qafqaz Müsəlmanlar İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Masallı Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyev- Milli Mənəvi Dəyərlərimiz” mövzusunda rayon ağsaqqalları, ziyalılar, din xadimləri, dini icma sədrlərinin iştirakı ilə tədbir təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlara işin təşkilatçısı Abbas Abbaszadə cənab Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi, 2023-cü ilin ilk günlərindən respublikanın hər yerində, eləcə də rayonumuzda Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilməsi, bugünki tədbirin də silsilə tədbirlərin davamı olmasını qeyd etmişdir. Müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi dövlət-din münasibətləri sisteminin əsas prinsipləri, bu sahəni tənzimləyən qanunvericilik bazası uğurla formalaşdırıldı. Azərbaycan dövlətinin yürütdüyü dini siyasəti beynəlxalq ictimaiyyət müsbət qarşılayır, digər dövlətlərə model kimi tövsiyə edir. Bu da sübut edir ki, ölkə rəhbərliyinin müəyyənləşdirdiyi dövlət-din münasibətlərini tənzimləmə üsulu özünü tam doğruldur. Bunu dini əqidəsindən asılı olmayaraq, bütün vətəndaşlarımız gündəlik həyatlarında da hiss edirlər, deyə Abbas Abbaszadə bu mövzuda geniş məlumat vermişdir. 

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin Masallı Bölgəsi üzrə qazısı Rəşid Talıbov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, “Masallı Ziyalıları” ictimai birliyinin sədri Qardaş Fətullayev, Masallı Cümə məscidinin imamı Məftun Hüseynov mövzu ətrafında çıxış edərək dövlət-din münasibətlərində ulu öndərin misilsiz xidmətlərindən bəhs etmiş və bildirmişlər ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir. Bu gün bizi möhtəşəm Qarabağ Zəfərinə aparan ordu quruculuğundan tutmuş, Azərbaycanı ən sürətlə inkişaf edən ölkələr sırasına yüksəldən iqtisadi gücümüzə, ölkəmizi Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevirmiş neft-qaz siyasətinə qədər dövlətimizin inkişaf etmiş bütün sahələrinin təməlində Heydər Əliyevin xidmətlərinin, onun əməyinin, zəkasının, uzaqgörənliyinin izləri var. Bu gün Azərbaycan Heydər Əliyev siyasətinin ən mahir davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksəliş yolunda inamla irəliləyir, bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

            “Ulu Öndər Heydər Əliyev- Milli Mənəvi Dəyərlərimiz” mövzusunda təşkil olunmuş tədbir Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı Video çarxla yekunlaşmışdır.

Keçidlər