Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Ulu Öndər Heydər Əliyevin anım günündə ehsan süfrəsi açıldı

12 dekabr 2024 | 22:45

12 dekabr 2024-cü il tarixdə Masallı şəhər “İmam Hüseyn” məscidində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi açılmışdır.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və aparatı, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ərazi nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları, din xadimləri və aztəminatlı ailələr iştirak etmişlər.
Mərasimi Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev açaraq Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla anılmasını elan etmiş və Azərbaycan Xalqının xilaskarı barədə çıxış etmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov Ümummilli Lider Heydər Əliyev barədə geniş çıxış edərək bildirmişdir ki, Azərbaycan Xalqının iradəsi və tələbi ilə çətin günlərdə ölkəmizi xilas etmiş Ulu Öndərimiz bu gündə xalqımızın qəlbində silinməz iz buraxmışdır. Ölkəmizdə bu gün həmin siyasi kurs məhz Ulu Öndərimizin Layiqli davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qafqaz Müsəlmanları idarəsinin Masallı rayonu üzrə Qazısı Rəşid Talıbov Ümummilli Lider Heydər Əliyevin xalqımız və ölkəmiz üçün apardığı mübarizədən danışmış və Ulu Öndərin ruhuna dualar oxumuşdur.
Əlavə olaraq qeyd etmək istəyirik ki, rayonun Hişkədərə, Göyəçöl, Təzə Alvadı və Köçəkli kənd məscidlərində də ehsan süfrəsi açılmışdır.

Keçidlər