Masallıda «Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir» mövzusunda konfrans
10 may 2023-cü il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilmişdir.
Konfransda Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, Milli Məclisin Deputatı Məşhur Məmmədov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcədə rayonun ağsaqqalları, ziyalıları, ictimaiyyət nümayəndələri və media əməkdaşları iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin abidəsi qarşısına tər gül dəstələri düzərək Dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etdilər.
Masallı şəhər Heydər Əliyev Mərkəzinin akt zalında baş tutan konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov Azərbaycan Xalqının Ümummilli Lideri, Dahi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmiş Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri haqqında geniş məruzə ilə çıxış etdi.
Konfrans Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Əsrin adamı” sənədli filmi ilə yekunlaşmışdır.