Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Ulu öndər məfkurəsinin və azərbaycançılıq ideologiyasının təbliği” mövzusunda elmi-praktiki konfrans

01 mart 2024 | 18:24

Martın 1-də Masallı rayon Heydər Əliyev Mərkəzində “Ulu öndər məfkurəsinin və azərbaycançılıq ideologiyasının təbliği” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Masallı rayon Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı,Masalll Dövlət Regional Kollecinin təşkilatı dəstəyi ilə  keçirilən tədbirdə Masalllı rayon İcra Hakimiyyəti başçısı aparatının nümayəndəsi,Ombudsman Cənub Regional Mərkəzinin rəhbəri,Masallı rayon üzrə Təhsil sektorunun nümayəndələri,mədəniyyət işçiləri və gənclər iştirak edib.   Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunan video material  nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Dilbər İbayeva bildirib ki, Ümummilli lider Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, ictimai-siyasi fəaliyyəti, bütövlükdə, hər bir Azərbaycan gənci üçün nümunədir və əsl dövlətçilik məktəbidir. Bu gün sadə peşə adamından tutmuş rəhbər işçiyədək hamı Ümummilli Liderin irsini, onun idarəçilik prinsiplərini öyrənməli, onlardan birmənalı şəkildə bəhrələnməlidir. Bu məqsədlə şəhər və rayonlarda yaradılmış Heydər Əliyev Mərkəzlərinin müstəsna rolu var.Ulu Öndərin siyasi irsinin gələcək nəsillərə çatdırılmasında bu Mərkəzlərin xidmətləri əvəzsizdir. 

Daha sonra Masallı Ziyalıları İctimai Birliyinin sədri Qardaş Fətullayev öz geniş məruzəsi ilə çıxış edərək Azərbaycan tarixinin otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, Azərbaycan xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin məhz Ulu Öndərin adı ilə bağlı olduğunu bildirmişdir.O qeyd etmişdir ki,Ulu öndər Heydər Əliyevin rəhbərliyinin birinci dövründə həyata keçirdiyi əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarətdir ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bütün bunlar Ulu Öndərin millət və xalq qarşısında tarixi xidmətlərinin cüzi bir hissəsi olmaqla müstəqil dövlətçiliyin daha da möhkəmlənməsinə yönəldilmiş milli konsepsiyanın tərkib hissələri idi.

Daha sonra Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Muradova,Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova ,Kollecin əməkdaşı Humay Əliyeva,tələbə Türkan Ağayeva və Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı Orxan Əliyev öz çıxışlarında bildirmişlər ki, Heydər Əliyev siyasi irsi  mənəviyyat və mədəniyyət salnaməsidir.

Hər bir Azərbaycan gənci, ziyalısı, vətəndaşı bu siyasi irsi mütləq öyrənməli və dövlətçilik naminə bu irsdən bir təlim, nəzəriyyə kimi istifadə etməlidir.Heydər Əliyev siyasi irsi müstəqil Azərbaycanın dövlətçilik tarixidir. Heydər Əliyev siyasi irsi hər zaman öyrəniləcək, təbliğ olunacaq və yaşayacaqdır.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkilmişdir.

Keçidlər