Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Uşaq hüquqlarını qoruyaq!” mövzusunda maarifləndirici görüş

24 aprel 2025 | 18:40

24 aprel 2025-ci il tarixində Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbində Masallı Rayon İcra Hakimiyyəti,  Masallı rayonu üzrə Təhsil sektoru  və  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Masallı rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaqdan böyüyə” adı altında “Uşaq hüquqlarını qoruyaq!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Tədbiri giriş sözü ilə açan Masallı rayonu üzrə Təhsil sektorunun məsləhətçisi Hörmət Balakişiyev ölkəmizdə uşaq hüquqlarının qorunması və təmin edilməsi istiqamətində müvafiq dövlət orqanları tərəfindən öz səlahiyyətləri daxilində xüsusi həssaslıqla yanaşaraq lazimi tədbirlərin həyata keçirildiyini vurğulamışdır.

Daha sonra çıxış edən Ə.Məmmədov adına Öncəqala kənd tam orta ümumtəhsil məktəbinin direktoru Toğrul Məmmədli mövzunun aktual olduğu ilə yanaşı, bu sahədə tədbirlərin mütəmadi keçirildiyini, uşaq hüquqları ilə bağlı şagirdlərin tədris prosesində həyat bilgisi və digər fənnlərdən məlumat əldə etdiyini bildirmişdir. 

Çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi - Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaq və ailələrlə iş üzrə məsləhətçi – psixoloqu  Aybəniz Novruzova uşağın ilk sosial mühitinin məhz onun ailəsi olduğunu qeyd etmişdir. Fiziki və mənəvi cəhətdən sağlam böyüyüb inkişaf edən uşağın sabah cəmiyyətdə də özünə inamlı, uğurlu bir vətəndaş kimi formalaşmasını bildirmişdir. Təəsüflər olsun ki, bəzən valideynlər bu məqamı unudub, öz vəzifələrini layiqincə yerinə yetirmirlər. Nəticədə uşaqların hüquqları pozulur, təhsildən yayınaraq erkən nikah, məişət zorakılığı və insan alverinin qurbanlarına çevirilirlər. Lakin hər bir valideyn anlamalıdır ki, uşaq böyüdüb tərbiyə etmək onlardan böyük təmkin, səbr, diqqət və sevgi tələb edir.

Tədbirdə çıxış edən Uşaq Səfirlər Məclisin regional nümayəndələri Nuray Musayeva və Turan Əlisoy Məclisin yaranma tarixi, fəaliyyəti və məqsədləri haqqında qısa məlumat vermişdir. Daha sonra BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasında 4 əsas qrupa bölünmüş hüquqlardan (yaşamaq hüququ, inkişaf hüququ, madafiə hüququ, iştirak hüququ) geniş məlumat verərək hüquqların bilməsi uşağın inkişafına necə təsir edəcəyini izah etmişlər.  

Tədbir şagird və valideynlərə mövzu ilə bağlı qısa mətnlər oxunaraq hansı hüququnun pozulmasına dair interaktiv oyun və iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşmışdır.

Keçidlər