Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Uşaqlar hər bir xalqın, dövlətin qiymətli sərvətidir” adlı tədbir

26 oktyabr 2022 | 15:31

Masallı Tarix Diyarşünaslıq Muzeyində  20 oktyabr – 20 noyabr Uşaq hüquqları aylığı çərçivəsində “Uşaqlar hər bir xalqın, dövlətin qiymətli sərvətidir” başlığı altında tədbir keçirildi.

Tədbirdə Nicat Əbilov adına Kəlbəhüseynli tam orta məktəbin şagirdləri iştirak etdilər.

İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva uşaqların  hüquq və öhdəlikləri haqqında  geniş danışdı. Eyni zamanda  uşaqlara zərərli vərdişlərdən uzaq durmaları, elmə və biliyə yeyələnməklə  bağlı tövsiyələrini də vermiş oldu.

 Sonra  muzeyin əməkdaşı Çingiz Qurbanov məktəblilərə  Vətənpərvərlik mövzusunda çıxış etmiş oldu. O, rayonumuzun vətən uğrunda canından keçən  şəhid oğulları və qələbəyə gedən yoldan geniş danışdı. Yeniyetmə və gənclərimizin vətənpərvər ruhda tərbiyə olmaqlarının  vacibliyini xüsusi qeyd etdi.

Tədbirin sonunda məktəblilər muzeyə ekskursiya edərək, xatirə şəkilləri çəkdilər.

Keçidlər