Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Uşaqlarıın VI Ümumrespublika Forumunda iştirak edəcək nümayəndələrlə görüş

20 noyabr 2024 | 18:28

Masallıda Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda iştirak edəcək nümayəndələrlə görüş keçirilmişdir.

05 dekabr 2024-cü il tarixdə Ailə,Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçiriləcək Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Masallı rayonu üzrə iştirak edəcək nümayəndələr Tural Əlisoy, Nuray Musayeva və Nihad Əzizli ilə Masallı Rayon İcra Hakimiyyətində görüş keçirilərək onlara iştirakçı vərəqələri təqdim edilmişdir.

Nümayəndələrə uşaqların müdafiəsi və inkişafına dair qazanılan ən yaxşı təcrübələri, mövcud problemləri və onların həlli yollarını nəzərdən keçirmək, ictimaiyyətin diqqətini bir daha uşaq problemlərinə yönəltmək məqsədilə keçiriləcək Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu haqqında geniş məlumat verilmişdir.

Keçidlər