Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “uşaqların sağlam və rasional qidalanması” mövzusunda tədbir

24 noyabr 2023 | 16:32

24 noyabr 2023-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Masallı rayon Ə.Əsgərov adına Köhnə Alvadı kənd tam orta məktəbində şagird və valideynlərlə  “Sağlam və rasional qidalanma”, “Uşaqların sağlam qidalanması”  mövzularında maarifləndirici görüş keçirilmişdir.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nörməli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.4-cü bəndinin (Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması) və 10.12.5-ci bəndinin (uşaqların sağlam qidalanmasının təmin edilməsi) istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədilə Ə.Əsgərov adına Köhnə Alvadı kənd tam orta məktəbində şagird və valideynlərlə  “Sağlam və rasional qidalanma”, “Uşaqların sağlam qidalanması”  mövzularında maarifləndirici söhbətlər aparılmışdır.

Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Baş məsləhətçisi Nuranə Muradova düzgün qidalanmanın vacibliyi, bu mövzuda valideynin üzərinə düşən  məsuliyyət, orqanizm üçün zərərli qidaların “qara siyahısı” barədə geniş məlumat diqqətə çatdırmışdır. Daha sonra Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara  regional bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi Şəhriyar Əsədov qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq üçün tövsiyələr verib. Bundan başqa, sanitariya-gigiyena norma və qaydalarına riayət olunmasını, uşaqların sağlam və rasional qidalanması ilə bağlı görülən işlərdən danışaraq məhsul alarkən etiket məlumatları ilə bağlı vacib məqamları da diqqətə çatdırıb.

Mövzu ətrafında RİHB yanında YYÇİ və HM üzrə komissiyanın məsul katibi Zamin Məmmədov, Rayon Mərkəzi Xəsəxanası Publik Hüquqi Şəxsin pediatrı Kamran Əliyev, Rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Hörmət Balakişiyev geniş məlumat verərək sağlam qidalanmanın uşaq və yeniyetmələrin inkişafında  vacib rol alması, rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisələrindən və ya marketlərdən qida məhsulları alarkən həmin məhsulun istehsal tarixinə, saxlanma şəraitinə, zahiri görünüşünə, düzgün qablaşdırılmasına xüsusi diqqət yetirmələrini, kimyəvi əlavələr, dadlandırıcılar, konservantlar, gen-modifikasiyaya uğradılmış qidalar, şəkər əvəzləyiciləri tərkibli, fast-fuddan,  qazlaşdırılmış şirin içkilərdən uzaq durmaları barədə geniş məlumat vermişlər.

Daha sonra iştirakçılara “Sağlam və rasional qidalanma”, “Uşaqların sağlam qidalanması”  ilə bağlı məlumatlandırıcı çap materialları paylanılıb.

Sonda mövzu ətrafında tədbir iştirakçılarını maraqlandıran sualar cavablandırılıb.

Keçidlər