Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda uşaqların sayı – 2025

01 iyun 2025 | 10:25

“1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən dövlət və özəl məktəbəqədər təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Bildiririk ki, Masallı rayonunda uşaqların təhsili, sağlamlığı və təhlükəsizliyi daim rayon İcra Hakimiyyətinin başçısı tərəfindən diqqət mərkəzində saxlanılır, onların sağlam və vətənpərvər ruhda böyüməsi üçün lazımı tədbirlər həyata keçirilir.

“1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”ndə Masallı rayon Statistika idarəsi tərəfindən verilən məlumata görə Masallı rayonunda 2025-ci ilin əvvəlinə 2312 doğulan körpə qeydə alınmış və əvvəlki illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,3-dən 10,2-yə düşmüşdür. Uşaqların 693-ü və ya 30,0 faizi qeydə alınmamış nikahdan doğulmuşdur.

        Doğulan körpələrin 1262 nəfəri və ya 54,6 faizi oğlan uşaqları, 1050 nəfəri və ya 45,4 faizi isə qız uşaqları olmuşdur. Körpələrin 651 nəfəri şəhər yerlərində, 1661 nəfəri isə kənd yerlərində doğulmuşdur.

        0-17 yaşda olan uşaqların sayı 60180 nəfərdir ki, onların da 32338 nəfəri oğlan uşaqları, 27842 nəfəri isə qız uşaqlarıdır.

        İlkin məlumatlara əsasən, 2025-ci ilin əvvəlinə rayonda fəaliyyət göstərən 17 dövlət, 2 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 979 nəfər uşaq tərbiyə alır.

        2024/2025-ci tədris ilinin əvvəlinə rayonda 95 dövlət ümumi təhsil müəssisələrində 28643 nəfər şagird təhsil almışdır.

        Bir yaşadək ölən uşaqların sayı 40 nəfər olmuşdur ki, hər 1000 nəfər diri doğulana bu göstərici 17,3 olmuşdur. Bir yaşadək ölən uşaqlar daha çox perinatal dövrdə meydana çıxan bəzi hallardan və tənəffüs sisteminin xəstəliklərindən qeydə alınmışdır.

Keçidlər