Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Uşaqların zorakılığa məruz qalmama hüququ" mövzusunda təlim

12 oktyabr 2022 | 20:25

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin təşkilatçılığı ilə gənclər üçün Sosial Hüquqlar Mərkəzinin hüquqşünası və təlimçisi Ayşən Muradovanın təqdimatında “Uşaqların zorakılığa məruz qalmama hüququ” mövzusunda təlim keçirilib.

Təlim zamanı "Zorakılığın növləri" və "Uşaq hüquqları" mövzularından danışılıb, gənclərə hüquq anlayışı izah olunub, suallar cavablandırılıb.

İnteraktiv keçən təlim zamanı müxtəlif komanda işləri və enercayzerlər həyata keçirilib.

Keçidlər