Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Vətən müharibəsi şəhidi Məhəmməd Nail oğlu Vəliyevin doğum günü xatirəsi anılıb

27 iyun 2022 | 19:05
Masallıda 44 günlük Vətən müharibəsində fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Vəliyev Məhəmməd Nail oğlunun doğum günü münasibəti ilə xatirəsi anılıb.
Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev və fəallar Masallı rayonunun Çaxırlı kəndində Vətən müharibəsi Şəhidi Vəliyev Məhəmməd Nail oğlunun doğum günü münasibəti ilə məzarını ziyarət edib, ruhuna dualar oxuyub və ailəsini ziyarət ediblər.
 
Keçidlər