Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda vətəndaşların qəbulu 

27 may 2022 | 17:24
Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti qəbulunu keçirmişdir.

27 may 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov vətəndaşların növbəti qəbulunu keçirmişdir.

Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.

Növbəti qəbulda vətəndaşlardan Cabbarov Seymur Samir oğlu, Adıgözəlov Fərid Rauf oğlu, Bağırov Kəmaləddin Miri oğlu, Qafarov Elşən Rəhmət oğlu, Nurullayev Cəsarət Qiyas oğlu, Bəşirov İdris Həsən oğlu, Dövlətov Əlizamin Əmralı oğlu, Nəhmətov Zeynal Nəhmət oğlu, Məmmədov Orxan Əlifağa oğlu, Abıyeva Firəngiz Şahbaz qızı, Kişiyev Şahin Şair oğlu, Mütəllimova Zakirə Xalııq qızı, Bünyatova Xalidə Balaxan qızı, Cəbiyeva Rəvanə Məmməd qızı, Bağırov Rəmzi Böyükağa oğlu, Əkbərova Rüxsarə Rəhman qızı və başqaları iştirak etmiş, əsasən maddi kömək və yardım, pensiya, xəstəlik, həyat yoldaşının əlilliyi, internet xəttinin çəkilməsi, təhsil, bələdiyyə və pay torpağı, torpaq münaqişəsi, ev problemi, iş ilə təminat, ünvanlı sosial yardım, məhkəmə qərarı, özünəməşğulluqla, qanunsuz işdən çıxması, yarasız və qəzalı elektrik dirəkləri və s. bağlı müraciətlər etmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov vətəndaşların qəbulunu yekunlaşdıraraq, müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermiş, həlli mümkün olan məsələlər yerində həll olmuş, digər məsələlər nəzarətə götürülmüşdür.

Keçidlər