Masallıda “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə” təlimlər
27-28 yanvar 2021-ci il tarixdə Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının inzibati binasında “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə” təlimlər keçirilmişdir.
Təlim çərçivəsində Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Seyfəddin Əliyev və Masallı rayon Qeydiyyat şöbəsinin rəisi İlqar Məhərrəmov vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə geniş məlumat vermişlər.
Belə ki, Masallı rayon İcra Hakimiyyəti və Masallı rayon Qeydiyyat şöbəsinin birgə təşkilatçılığı və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin iştirakı ilə təşkil olunmuş təlimdə Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2020-ci il tarixli, 1160 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Fərmanı ilə təsdiq edilmiş məsələlərdən irəli gələn vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə məlumatlar, doğumun, nikahın və ölümün dövlət qeydiyyatı ilə bağlı müvafiq informasiya sisteminə ötürülmə forması nümayəndəliklərə izah edilmişdir.