Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Vətənin ölməz oğulları” adlı tədbir

19 avqust 2022 | 19:07

19 avqust 2022-ci il tarixdə Masallı Tarix Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası, “Ümidim sənsən” sosial inkişafa yardım ictimai birliyinin birgə təşkilatçılığı altında Birinci Qarabağ və Vətən Müharibəsi Qəhrəmanlarının tanıdılması məqsədilə “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Masallı Tarix-Diyarşünaslıq Muzeyində baş tutan tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (QMƏVŞAİB) Masallı rayon filialının sədri Nahid Rəhimov, Masallı RİHB aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, Dini Qurumlar işi üzrə Dövlət Komitəsinin(DQİDK) Masallı Bölgəsi üzrə Şöbəsinin müdiri Elvin Hüseynli, şəhid ailələri, mədəniyyət işçiləri və gənclər iştirak edib.

Əvvəlcə Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva keçirilən layihənin əhəmiyyətindən danışaraq, şəhid ailələrinə maddi və mənəvi dəstək olmağı hər birimizin vətəndaşlıq borcu olduğunu qeyd edib.

Muzeyin əməkdaşı Dilgüşə Məmmədova avqust ayında doğulan, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində döyüşmüş əsgər və zabitlər haqqında geniş məlumat verərək, onların valideynlərinə dərin ehtiramını bildirib.

Tədbirdə çıxış edən müharibə veteranı Nahid Rəhimov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, DQİDK-nın Masallı Bölgəsi üzrə Şöbəsinin müdiri Elvin Hüseyinli, Ümidim sənsən” sosial inkişafa yardım ictimai birliyinin nümayəndəsi Fidan Abbaslı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin xalqımızın minlərlə qəhrəman övladının canı-qanı sayəsində əldə edildiyindən ətraflı danışdılar. Natiqlər qeyd ediblər ki, ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində xalqımıza ucalıq bəxş edən oğullar, onların ailələri və övladlarına daima dövlətin qayğısı göstərilir.

İki şəhid anası Ziba xanim Əsgərli şəhid anaları adından çıxış edərək, övlad itkisinin nə qədər ağır olsa belə, qəmi içində boğub , oğulları ilə qürur duyduqlarını qeyd edib. Həmçinin qazilərimizə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətə,bu işi icra edən şəxslərə şəhid ailələri adından minnətdarlığını bildirib.

Yekunda tədbirdə iştirak edən, avqust ayında doğulan şəhid ailələrinə lahiyə təşkilatçılarınin “Təşəkkürnamə” ləri təqdim olunub və xatirə şəkilləri çəkilib.

Keçidlər