Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

21 dekabr 2022 | 18:59

Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası və “Ümidim sənsən” ictimai birliyinin birgə təşkilatçılığı ilə Birinci Qarabağ, Vətən Müharibəsi Qəhrəmanlarının tanıdılması məqsədilə “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə adı çəkilən müəssisələrin əməkdaşları, mədəniyyət nümayəndələri, Masallı Regional Kollecin müəllim və  tələbələri, şəhid ailələri iştirak ediblər.

Əvvəlcə Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva  keçirilən layihənin əhəmiyyətindən danışdı. Əntiqə Tağıyeva dekabr ayında doğulan Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində döyüşmüş əsgər və zabitlərin valideynlərinə dərin ehtiramını ifadə etdi.

Sonra muzeyin əməkdaşı Nazənin Heydərzadə dekabr ayında doğulan Birinci Qarabağ, Vətən müharibəsi şəhidlərinin həyatı və döyüş yolu haqqında geniş məruzə etdi.

Daha sonra “Ümidim sənsən” ictimai birliyin nümayəndəsi Fidan Abbaslı və muzeyin elmi işçisi Dilgüşə Məmmədova  Qarabağ uğrunda müharibədə misilsiz şücaətlər göstərən, ölümləri ilə ölməzlik qazanan şəhidləri  bizim  qəhrəmanlarımız adlandırdılar.  Bizlərin də mənəvi borcu bu Qəhrəman oğullarımızı tanıtmaq, gənclərimizə vətəni şəhidlərimiz, qazilərimiz kimi sevməyi öyrətmək düşür dedilər.

Şəhid ailələrindən Məhərrəmov Aslan, Məmmədov Vüsal, Hacılı Əlcavad, Həşimov Maxvirə , Bədəlova Təyibə çıxış edərək əzizləri ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşərək   qazilərimizə , şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətə , bu işi icra edən şəxslərə şəhid ailələri adından minnətdarlıq bildirdilər.

Tədbir iştirakçıları Öncəqala kənd tam orta məktəbinin şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş bədi  kompozisiyanı dinlədilər.

 Layihə təşkilatçıları tərəfindən dekabr ayında doğulan şəhidlərin ailələrinə “Təşəkkürnamə” lər  təqdim olunub.

Tədbirin sonunda şəhid ailələri muzeyin ekspozisiya zalında övladlarına aid sərgi ilə tanış olduqdan sonra, xatirə şəkilləri çəkdilər.

 

Keçidlər