Masallıda "Xalqa layiqli Xidmət" mövzusunda təbliğat xarakterli tədbir
Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq, "Xalqa layiqli Xidmət " mövzusunda təbliğat xarakterli tədbir keçirilmişdir.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına şəhid olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, RİH yanında İctimai Şuranın sədri Əyyub Mehdiyev, İdeoloji Maarifləndirmə və Təbliğat qrupunun üzvü Rauf Cəbiyev, Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etdilər.
İlk çıxışı Aybəniz xanım Qafarova edərək , Ulu Öndər Heydər Əliyevin , onun davamçısı olan Prezident cənab İlham Əliyevin xalqa layiqli xidmətlərindən söz açdı. 44 günlük Vətən müharibəsindən söz açan Aybəniz Qafarova Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasətini xüsusi olaraq qeyd etdi. Şəhidlərin ,qazilərin və müharibə iştirakçılarının misilsiz qəhrəmanlıqlarından da danışan Aybəniz Qafarova 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixinin şanlı səhifəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Aybəniz Qafarova çıxışı zamanı bildirdi ki, günümüzdə rayon ərazisində ağsaqqalların,ziyalıların,gənclərin maarifləndirmə və təbliğat siyasətində fəal olmaları vacib amildir.
Daha sonra, RİH yanında İctimai Şuranın sədri Əyyub Mehdiyev çıxış edərək , Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından danışdı. Əyyub Mehdiyev bildirdi ki, xalqın dar günündə, yaranmış vəziyyətdən xilas edə biləcək yeganə şəxsiyyət məhz, Ulu Öndər Heydər Əliyev idi.
Rauf Cəbiyev çıxışında ölkə başçısı cənab İlham Əliyevin siyasətinin rayon İcra Hakimiyyəti başçısı cənab Araz Əhmədov tərəfindən layiqincə icra olunduğu qeyd etdi. Belə ki, rayonda aparılan quruculuq- abadlıq işləri, yenidənqurma, yolların asfaltlanması, qəsəbə və kəndlərdə görülən işlər barədə söz açdı.
Sonra isə, çıxış edən Əntiqə Tağıyeva, Lətifə Qənbərova, Gülcahan Vəkilzadə və Şəhriyar Bayramov da Ulu Öndər və onun layiqli davamçısı cənab İlham Əliyevin xalqa layiqli xidmətlərindən söz açdılar.
Daha sonra çıxış edən Kolatan kənd ağsaqqalı Cəbrayıl Həmidov rayon rəhbərinin subasma hallarının qarşısını almaq məqsədilə həyata keçirdiyi layihənin , öz kəndlərində də icra olunduğunu qeyd etdi. Belə ki, iki kəndi ayıran çayın qazılaraq, torpaq qatı və lildən təmizlənməsinə görə , cənab İlham Əliyevə və rayon rəhbərliyinə təşəkkürünü bildirdi. Xanalion kənd ağsaqqallı Hidayət İbadov kəndlərinə gedən yolun təmir - bərpa işlərinə görə , həm ölkə başçısına, həm də rayon rəhbərliyinə təşəkkür etdi.