Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda xidmət obyektlərində vergi qeydiyyatı ilə bağlı reydlər davam etdirilir.

08 iyun 2022 | 10:36

Masallı rayonu ərazisində rayon icra hakimyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin məsul işçiləri və 6 saylı Ərazi Vergilər Baş İdarəsi (Lənkəran) əməkdaşlarının birgə iştirakı ilə sahibkarlıq və xidmət obyektlərinin vergi qeydiyyatında olub-olmaması ilə bağlı reydlərə başlanmışdır. Reydlər zamanı sahibkarlıq obyektlərinin sahibləri ilə maarifləndirici söhbətlər aparılır, onların qayğıları ilə maraqlanırlar, sənədlər çatışmazlığı haqqında məlumat əldə olunur.

 

 Bu məqsədlə 08 iyun 2022-ci il tarixə qədər Masallı rayonu ərazisində olan 1344 sahibkarlıq və xidmət obyektlərində araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, 1344 sahibkarlıq və xidmət obyektlərindən 803 obyektin vergi qeydiyyatında uçotda olduğu və 541 obyektin qeydiyyatsız fəaliyyət göstərməsi olunduğu aşkar edilmişdir.

       Masallı rayonu ərazisində sahibkarlıq subyektlərinin qeydiyyatı, sahibkarlıq və xidmət obyektlərinin vergi qeydiyyatında olub-olmamasının araşdırması işləri davam etdirilir. Qeyd etmək yerinə düşər ki, bu vəzifə kiçik və orta sahibkarlıqla məşğul olan hər bir masallılı vətəndaşın borcudur. Ona görə nə qədər ki, gec deyildir vergi qanunlarına riayət etmək lazımdır.

Keçidlər