Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Xocalı qan yaddaşımız” adlı tədbir

23 fevral 2024 | 12:23

 Fevralın 23 -də Masallı Tarix- Diyarşünaslıq Muzeyində “Xocalı qan yaddaşımız” adlı tədbir keçirildi. Masallı Rayon İcra Hakimiyyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional Nümayəndəliyi və Ombudsman Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə təşkilatçı müəssisənin nümayəndələri ,Xocalı sakinləri, şəhid ailələri, mətbuat orqanı nümayəndələri, ziyalılar, mədəniyyət işçiləri , gənclər iştirak etdilər.

 Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva Soyqırımı qurbanları və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Xocalı soyqırımı faciəsinin bizlər üçün kədərli bir səhifə olmasını qeyd etdi.

 Sonra Xocalı sakini Kamilə Quliyeva Xocalı faciəsi baş verən günə qədər yaşadıqları ərazidə başına gələn acınacaqlı günlər və şahidi olduğu dəhşətli hadisələrdən ürək ağrısı ilə danışdı.

 Daha sonra çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Muradova, Ömbudsman Cənub Regional Mərkəzin direktoru Ziya İsmayılov, Şəhid atası Şükran Yusifli, şəhər 4 saylı məktəbin hərbi müəllimi Rafiq Abbasov, “ Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqının növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda Ermənistanın ölkəmizə hərbi təcavüzü zamanı üzləşdiyi dəhşətlərdən, əli yalın xalqın başına gətirilən vəhşilikdən, hadisələrin ilkin baş vermə proseslərindən, hüquqi aspektlərindən, ümummilli lider Heydər Əliyev tərəfindən 1 mart 1994-cü ildə Fərman verərək Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunması barədə geniş danışdılar. Çıxışçılar bu gün Ali baş komandan İlham Əliyev və məğrur igidlərimiz sayəsində Xocalı soyqırımı, torpaqlarımız uğrunda şəhid olanların qısasının alındığını xüsusi qeyd edərək Azərbaycan xalqı və onun dövlətinin Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq söylədilər.

 Yekunda tədbir iştirakçıları Xocalı soyqırımına həsr olunmuş sərgi ilə tanış oldular.

Keçidlər