Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Xocalı sakinləri ilə görüş keçirilmişdir

26 fevral 2023 | 09:52

Xocalı faciəsinin 31 ildönümü ərəfəsində Xocalıdan olan ailələrlə görüş keçirilmişdir.

Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Masall rayonunda da hüznlə qeyd olunur. Masallı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət, təhsil müəssisələrində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər həyata keçirilir, faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər təşkil olunur. Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız olan ermənilərin və onların havadarları tərəfindən törədilər fəlakətlər faktlarla gənclərə, məktəblilərə çatdırılır.

Belə ki, Masallı rayonunda məskunlaşmış Xocalı sakinləri ilə görüşən Masallı Rayon İcra Hakimiyyəti Başçısı vəzifəsini müvəqqəti icra edən Adəm Məhərrəmov, Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini Aybəniz Qafarova,  Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Sabiq Cahangirov və başqaları Xocalı faciəsinin təkcə xocalılara deyil, bütün Azərbaycan xalqına qarşı yönələn soyqırımı olduğunu diqqətə çatdırıb, bu qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisi olduğunu qeyd ediblər.

Rayon rəsmləri qeyd ediblər ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən cəlb olunduğu və cəmi 44 gün davam edən müharibə - İkinci Qarabağ müharibəsi başa çatdı. Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Bu qələbə ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycanın yeni tarixinə öz adını əbədi yazdı.

Görüş zamanı Xocalı sakinləri ölkə rəhbərliyinin səyləri ilə Qarabağın tam azad olunacağına inandıqlarını və bu günün tezliklə gələcəyinə, həmin yerlərdə Azərbaycan Bayrağının dalğalanacağı günə əmin olduqlarını bildirmişlər.

Xocalı məskunları həmçinin Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı rayonunun icra başçısına dərin təşəşkkürünü bildirmişlər.

Keçidlər