Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda yağan qarın fəsadları aradan qaldırılır

14 yanvar 2024 | 12:53

13-14 yanvar 2024-cü il tarixlərdə yağan güclü qar nəticəsində rayon ərazisində ciddi fəsadlar yaranmışdır.  

Yaranmış ciddi fəsadların aradan qaldırılması ilə əlaqədar olaraq Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədovun rəhbərliyi ilə dərhal operativ qərargah yaradılmış və müəyyən olunmuşdur ki, rayon ərazisində yolların qarla örtülməsi nəticəsində piyadaların və nəqliyyatın hərəkətində çətinliklər yaranmış, rayonun 68 yaşayış məntəqəsində elektrik təsərrüfatına ciddi ziyan dəymiş, 25000-ə yaxın abonent işıqsız qalmış, iri gövdəli ağaclar aşaraq bir sıra manelər yaratmış, rabitə dirəkləri və xətləri yararsız vəziyyətə düşmüşdür.

Müəyyən olunmuş qüsurların aradan qaldırılması ilə bağlı aidiyyatı üzrə müvafiq tapşırıqlar verilmiş və rayon rəhbərliyi tərəfindən nəzarətə götürülmüşdür.

Belə ki, qərargahın iclasından dərhal sonra Yol İstismarı idarəsi tərəfindən mərkəzi yollar və kənd yollarının təmizlənməsinə, aşmış iri gövdəli ağacların doğranaraq ərazidən uzaqlaşdırılması, rayon elektrik şəbəkəsi tərəfindən yararsız vəziyyətə düşmüş elektrik dirəkləri və xəttlərinin, eləcə də rabitə dirəkləri və xəttlərinin təxirəsalınmaz təmir-bərpa işlərinə başlanılmışdır.

Qeyd etmək istərdik ki, görülmüş operativ işlərin nəticəsi olaraq rayon ərazisində yollar qardan təmizlənmiş, 68 yaşayış məntəqəsində elektrik enerjisinin verilişi bərpa edilmiş, rabitə xətlərinin bərpası davam etdirilir. Rayonun təbii qazla təchizatında 2 halda qəza baş vermiş, qəza operativ qaydada aradan qaldırılmış, əhalinin qazla təminatında fasilə qeydə alınmamışdır.

Hal-hazırda əhaliinin rahatlığının təmin olunması məqsədi ilə rayon ərazisində  elektrik, qaz və rabitə ilə əlaqədar yaranmış nasazlıqların aradan qaldırılması, hərəkətin tam bərpası rayon rəhbərinin tapşırığı əsasında rayonun müvafiq sturkturları tərəfindən nəzarətdə saxlanılır.

Keçidlər