Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda yaralı hərbiçilərin ailələri ilə görüş

29 sentyabr 2022 | 09:04

13-14 sentyabr tarixlərində düşmənin növbəti təxribatı nəticəsində yaralanan hərbiçilərin ailə üzvləri ilə, Ərkivan qəsəbə, Təklə, Qədirli, Qızılavar, Viləş, Qəriblər və Xırmandalı kəndlərində görüş keçirilmişdir.

Görüşdə iştirak edən Masallı RİHB-nın müavini, İctmai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Masallı RİHB aparatının İctmai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, Masallı RİHB aparatının İctmai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Nahid Həsənov və Tərlan Şahverdiyev, Masallı RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Masallı Gənclər evi SXM-nin direktoru Fuad Mənsimov və “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova ailələrin qayğıları ilə maraqlanmış, onları narahat edən problemlərin həlli istiqamətində daim dəstək olacaqlarını bildirərək hər zaman yanlarında olduqlarını söyləmişlər.

Yaralı hərbiçilərin ailələri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı Cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, Rayon İcra Hakimiyyətinin başçısına və qonaqlara öz dərin minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər