Masallıda “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilməsi ilə bağlı “Tədbirlər Planı”nın icrasına başlandı
26 yanvar 2024 | 11:31
Azərbaycan Respublikası Prezidentinin 25.12.2023-cü il tarixli, 4233 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilməsi ilə bağlı "Tədbirlər Planı”nın 2.3-cü bəndinin icrası ilə əlaqədar Masallı şəhər Qəhrəmanlar parkında və Heydər Əliyev Prospektində banner yerləşdirilmiş, Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydanda yerləşən monitorda videoçarx nümayiş olunmuşdur.