Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Yaşıllıqların mühafizəsi və tullantıların idarə olunması” mövzusunda seminar

11 dekabr 2025 | 16:39

11 dekabr 2025-ci il tarixində 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü və Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Masallı rayon icra hakimiyyətinin inzibati binasında inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyələr üçün “Yaşıllıqların mühafizəsi və tullantıların idarə olunması” mövzusunda seminar keçirilmişdir.

Seminarda 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafiq Ədilov, sektor müdiri Afiq Məlikov və Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir əvəzi Nahid Həsənov tərəfindən iştirakçılara tullantılar və yaşıllıqlar, o cümlədən ətraf mühitin ekoloji vəziyyəti və bu sahədə ekoloji qanunvericiliyin tələbləri barədə geniş məlumat verilmişdir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər