Masallıda “Yazaq, çəkək, yaradaq” müsabiqəsinin yekun tədbiri
23 may 2024-cü il tarixdə Tarix-diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı, Masallı rayon İcra Hakimiyyəti, Masallı rayon Təhsil Sektorunun dəstəyi altında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yazaq, çəkək, yaradaq” müsabiqəsinin yekun tədbiri keçirilmişdir.
Tarix-diyarşünaslıq Muzeyində baş tutan tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva muzey və qalereyanın birgə əməkdaşlığı ilə sosial şəbəkə üzərində 1-30 aprel tarixində elan olunan, məktəblilər arasında təşkil olunan müsabiqənin məqsəd və gedişindən danışıb bütün iştirakçılara təşəkkürünü ifadə edərək qalibləri təbrik etdi.
Sonra çıxış edən Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai -siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Muradova bu gün Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədinin insanlıq naminə mühüm iş olduğunu, Ulu öndər Heydər Əliyevin ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsi, bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, görülən işlər ekologiya və ətraf mühitin mühafizəsi işinə verə biləcəyi geniş töhfələrdən danışdı.
Sonra Lənkəran- Astara Regional Təhsil İdarəsinin Masallı rayon üzrə Təhsil sektorunun nümayəndəsi Samit İsmayılov, Masallı Dövlət Rəsm Qalereyasının direktor əvəzi Təhmasib Məcidov yeniyetmə və gənclərin təbiətin qorunmasına yanaşma tərzlərini və gələcəyimizin qurucuları olaraq şagirdlərin yaradıcı baxışlarını bəyəndiklərini xüsusi qeyd etdilər.
Muzeyin əməkdaşı Dilgüşə Məmmədova müsabiqə iştirakçıları və onların yaradıcı işlərindən ətraflı məlumat verdikdən sonra üç nominasiya üzrə sosial şəbəkədə topladıqları səs çoxluğuna görə I, II,III yerlərin qalibinə və muzey tərəfindən ən maraqlı işlərə görə fərqlənən 3 şagirdə “Fəxri Fərman” və hədiyyələr təqdim olundu.
Yekunda müsabiqəyə təqdim olunan əl işlərindən ibarət sərgiyə baxan qonaqlar xatirə şəkilləri çəkdilər.