Masallıda yeni inzibati ərazi dairəsi üzrə nümayəndə təyinatları
15 aprel 2023 | 09:08
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov yeni inzibati ərazi dairəsi üzrə nümayəndə təyinatları ilə bağlı Sərəncam imzalayıb.
Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədovun müvafiq Sərəncamı ilə Əmrah Kamal oğlu Mazanov Masallı Rayon İcra Hakimiyyəti Başçısının Qəriblər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Ağadadaş Qənbər oğlu Qənbərov Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Sinan Şöləddin oğlu Abbaslı Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Paşa Ramiz oğlu İbadov İkinci Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifələrinə təyin olunmuşlar.
Yeni təyin olunmuş kadrlara işlərində uğurlar arzulayırıq!