Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Yeniyetmələr arasında narkotik vasitələr və psixotrop maddələrin yayılmasının qarşısının alınması yolları” mövzusunda tədbir

29 sentyabr 2025 | 15:51

29 sentyabr 2025-ci il tarixdə Masallı şəhəri Rafiq Əlihəsənov adına 1 saylı tam orta ümumtəhsil məktəbində Masallı Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı, məktəbin yuxarı sinif şagirdləri və müəllimlərin iştirakı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yeniyetmələr arasında narkotik vasitələr və psixotrop maddələrin yayılmasının qarşısının alınması yolları” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Masallı şəhər 1 saylı tam orta ümumtəhsil məktəbinin direktoru Taleh Əkbərov tədbir iştirakçılarını salamlamış və sözü tədbir təşkilatçılarına vermişdir.

Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Flora İbadova və Hüquq şöbəsinin məsləhətçisi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Rayon Komissiyasın katibi Azər Bəhmənov müəllim və şagirdlər qarşısında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yeniyetmələr arasında narkotik vasitələr və psixotrop maddələrin yayılmasının qarşısının alınması yolları” barədə geniş maarifləndirici fikirlər söyləmiş, müəllim və şagirləri maraqlandıran suallara cavab vermişlər.

Keçidlər