Masallıda “Yerli icra hakimiyyəti orqanlarının rəqəmsallaşma üzrə Yol Xəritəsi”nin müvafiq müddəalarının icrası, eləcə də "mygov" rəqəmsal hökumət platformasının üstünlükləri və təşviqinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
29 oktyabr 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında “Yerli icra hakimiyyəti orqanlarının rəqəmsallaşma üzrə Yol Xəritəsi”nin müvafiq müddəalarının icrası, eləcə də "mygov" rəqəmsal hökumət platformasının üstünlükləri və təşviqinə həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə aparatının məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və bələdiyyə sədrləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi müdirinin müavini, Sosial-iqtisadi məsələlər, İnformasiya təminatı və təhlil sektorunun müdiri Nəsib Bağırov açaraq “Yerli icra hakimiyyəti orqanlarının rəqəmsallaşma üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə məlumat vermişdir.
Sektor müdiri qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsinin, Yol Xəritəsindəki tədbirlərin müəyyən olunmuş müddətlərdə həyata keçirilməsinin və görülən işlərin mütəmadi təhlilinin vacibliyini vurğulayaraq bildirmişdir ki, "mygov" tətbiqi vətəndaşların vaxtına qənaət etməklə yanaşı, dövlət xidmətlərini daha əlçatan, rahat və şəffaf formaya gətirir.
Sonda N.Bağırov yerlərdə əhalinin bu tətbiqdən istifadə vərdişlərinin artırılmasında İƏD nümayəndələri və bələdiyyələrin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd etmişdir.
Tədbir zamanı "mygov" tətbiqinin təqdim etdiyi yeniliklər və imkanlar barədə ətraflı məlumat verilib:
Rəqəmsal sənədlər və arayışlar: Şəxsiyyət vəsiqəsi, nikah, iş yeri və məhkumluq haqqında arayışların dərhal əldə edilməsi;
Tibb və səhiyyə: Elektron xəstəlik vərəqələri, laborator analiz nəticələri, peyvənd məlumatları və tibbi arayışların tətbiq vasitəsilə izlənilməsi;
Nəqliyyat və əmlak: Sürücülük vəsiqəsi, cərimələr, etibarnamələr və daşınmaz əmlak məlumatlarının vahid məkanda toplanması;
Sosial güzəştlər: Pensiyaçılar üçün xüsusi endirimlər və "Sosial tərəfdaş kartı" imkanları.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və platformanın yerlərdə sakinləmizə daha yaxından izah olunması üçün müvafiq tövsiyələr verilib.






