Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda yollar təmir olunur

03 iyun 2022 | 10:45

Masallı rayonunda 27 yaşayış məntəqəsinin yolları yenidən qurulur

Ləngan, Əhmədli, Təklə-Viləş, Təklə-Mollahəsənli, Həsənli-Köçəkli, Bala-Təklə-Şərəfə, Qədirli-Xallıcalı, Hüseynhacılı-Öncəqala avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işlərinə başlanılıb.

Masallı rayonunda respublika əhəmiyyətli Masallı dəmir yolu stansiyası avtomobil yolunun 4-cü kilometrindən ayrılan Ləngan, Əhmədli, Təklə-Viləş, Təklə-Mollahəsənli, Həsənli-Köçəkli, Bala-Təklə-Şərəfə, Qədirli-Xallıcalı, Hüseynhacılı-Öncəqala avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işlərinə başlanılıb.

Ümumi uzunluğu 38 kilometr olan avtomobil yollarının eni 10 metrə qədər genişləndirilir.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 27 yaşayış məntəqəsində yaşayan 51 min əhalinin gediş-gəlişini təmin etmək, rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.

Sözügedən yollarda işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı və çınqıl örtüklü olan yollar 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.

Hazırda yenidənqurma işləri uzunluğu 9 kilometr olan Hüseynhacılı-Öncəqala hissəsində aparılır. Bu hissədə artıq torpaq işləri və suötürücü boruların quraşdırılması yekunlaşıb.

Belə ki, yolun 6 kilometrlik hissəsində yol geyiminin üst layı, 7.5 kilometrlik hissəsində isə yol geyiminin alt layı inşa edilib. Müxtəlif ölçülü 13 dəmir və 13 dəmir-beton suötürücü boru tikilib.

Sözügedən işlər çərçivəsində layihənin Təklə-Viləş hissəsində Viləş, Taxta və Ağqobu çayları üzərində yerləşən mövcud avtomobil körpülərinin cari təmiri də icra olunacaq.

Sözügedən yollarda işlər “İnşaat Norma və Qaydaları”na əsasən agentliyin rəhbərliyinin nəzarəti altında aparılır.

Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə istifadəyə veriləcək.

Keçidlər