Masallıda yollar təmizlənir, problemlər operativ aradan qaldırılır
Ölkə ərazisində 08 yanvar 2023-cü il tarixdən başlayan intensiv qar yağışı Masallı rayonunda da müxtəlif problemlərə yol açmışdır. Lakin yağan qarın intensivləşməsi, havanın temperaturunun kəskin azalmasına baxmayaraq Masallı rayonunda aidiyyatı idarə, müəssisə və təşkilatlar gücləndirilmiş iş rejiminə keçmişlər. Belə ki, 47 saylı Yol İstismar idarəsi tərəfindən yollar qardan təmizlənir, mərkəzi küçələrə qum səpilir, Viləşçay Su Anbarı istismarı idarəsi tərəfindən həm yolların həmdə kanalların təmizlənməsi işləri aparılır ki, bu da yollarda su çalalarının yaranmasının qarşısını alır, Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin briqadaları yollarda iməcilik işlərini genişləndirmiş, Mənzil istismar Sahəsi tərəfindən çoxmənzilli yaşayış binalarının həyətində sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün təxirəsalınmaz işlər aparılır, rayon Yaşıllaşdırma müəssisəsi tərəfindən ağaclar qardan təmizlənir, elektrik təsərrüfatında yaranmış problemlər rayon Elektrik şəbəkəsinin briqadaları tərəfindən operativ olaraq aradan qaldırılır, mavi yanacaqla bağlı müntəzəm olaraq rayon Qaz idarəsi tərəfindən tədbirlər həyata keçirilir, rayon ərazisində rabitə və internetlə bağlı da müvafiq işlər aparılır ki, bütün görülmüş işlər rayon sakinləri tərəfindən rəğbətlə qarşılanır.