Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda yoluxucu heyvan xəstəliyiklərindən qorunma ilə bağlı profilaktik işlər

17 mart 2023 | 18:10

       Azərbaycan Respublikası ərazisinə başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliyindən qorunması ilə bağlı rayon ərazisində işlər davam etdirilir.

       Məlumat üçün bildiririk ki, Masallı rayon ərazisində 73453 baş iri buynuzlu və 93700 baş xırdabuynuzlu mal-qara mövcuddur. Epizootik tədbirlər planına əsasən rayon ərazisində Dabaq xəstəliyinə qarşı 26200 baş iri buynuzlu, 1585 baş xırdabuynuzlu  heyvanlarda peyvəndləmə işləri aparılmışdır. Hal hazırda rayon ərazisində peyvəndləmə işləri davam etdirilir.

        Əlavə olaraq bildiririk ki, Masallı rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin əməkdaşları və yerli icra hakimiyyəti nümayəndələri tərəfindən mütəmadi olaraq əhali arasında Dabaq xəstəliyi və digər yoluxucu xəstəliklər ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilir,  rayon ərazisində müxtəlif heyvanlarda tək-tək xəstələnmə, yaxud tələf olma halları aşkar edilərsə aidiyyəti qurumlara məlumat verilmələri vəşəndaşlara tövsiyə edilir.

Keçidlər