Masallıda yunan-Roma güləşi üzrə rayon turniri
20 Yanvar şəhidlərinin 33-cü ildönümünə həsr edilmiş yunan-Roma güləşi üzrə rayon turniri başa çatıb.
Masallı Rayon Gənclər və İdman İdarəsi və Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr edilmiş yunan-Roma güləşi üzrə rayon turniri keçiriilb.
Turnirin açılışnda 20 Yanvar şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bədəlan kənd tam orta məktəbinin idman zalında təşkil olunan yarışlar maraqlı anlarla yadda qalıb.
Xatirə turnirinin yekun nəticəsinə əsasən ilk üç yeri tutan güləşçilərə təşkilat komitəsinin diplomları təqdim olunub.
Məlumat üçün bildirək ki, yarışın keçirilməsində məqsəd 20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsi, yeniyetmələr arasında idmanın kütləviliyinin artırılması, sağlam həyat tərzinin təbliği, onların zərərli vərdişlərdən yayındırılması və idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir.