Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Yunan-Roma güləşi üzrə ustad dərsi

28 noyabr 2022 | 21:06

 Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində Yunan-Roma güləşi üzrə ustad dərsi keçirilib.

 Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək idmançıları salamlamış və veteran güləşçi Elgiz Rafis oğlu Məmmədovu idmançılara təqdim edərək ustad dərslərinin keçirilməsində əsas məqsəd yunan-roma güləşi idman növü üzrə biliklərinin artırılması, təcrübələrinin zənginləşdirilməsi və rayonda güləş idman növünün inkişafı yollarının müzakirə edilməsi və lazımi tövsiyələrin verilməsindən ibarət olduğunu bildirdi.

 Sonra veteran güləşçilər arasında dünya çempionatının gümüş medalçısı, Azərbaycan və Rusiya çempionu, beynəlxalq turnirlərin mükafatçısı Elgiz Rafis oğlu Məmmədovla təşkil edilən ustad dərslərində rayonda yunan-roma ilə məşğul olan məşqçi-müəllimlər, uşaqlar, yeniyetmələr və gənclər qatılıblar. İdmançılar məşq zamanı müxtəlif fəndləri yerinə yetiriblər və tövsiyələr alıblar.

Keçidlər