Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Zəfər gününə həsr olunmuş ağacəkmə aksiyası

08 noyabr 2023 | 17:30

Masallıda “8 noyabr – Zəfər günü”nə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub.

Aksiyada Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, hüquq mühafizə oraqnları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçıları, ziyalılar, ağsaqqallar, din xadimləri, məktəblilər və rayon sakinləri iştirak etmişdir.

Belə ki, aksiya çərçivəsində rayonun Təklə və Hüseynhacılı dairələrində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 500 ədəd müxtəlif növ ağaclar əkilmişdir.

Eyni zamanda əlavə olaraq Masallı Rayon Yaşıllaşdırma müəssisəsi tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş 100 ədəd və “Zəfər günü”nə həsr olunmuş 44 ədəd ağac müəssisənin əməkdaşları tərəfindən əkilmişdir.

Keçidlər